Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
12 İyul 2024 14:37
5 103
8-12 iyul 2024-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə Qəbələ rayonunda FHN-in qurumları arasında keçirilən beşnövçülük üzrə çempionata yekun vurulub.
Nazirlikdən APA-ya verilən xəbərə görə, çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 17 komandadan 90-a yaxın əməkdaşı iştirak edib.
Keçirilən çempionatda iştirakçılar güc çalışmaları, maneələr zolağı, atıcılıq, üzgüçülük və dağa dırmanma mərhələləri üzrə bacarıqlarını nümayiş etdiriblər.
Yarışın son günündə komanda və şəxsi hesab üzrə qaliblər müəyyən olunub.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan mükafatlandırma mərasimində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, FHN-in Mülki müdafiə qoşunlarının N saylı hərbi hissəsinin komandiri polkovnik Amil Alcanov iştirak ediblər.
Tədbirdə çıxış edən Füzuli Musayev iştirakçıları təbrik edərək, yarışın əhəmiyyətindən danışıb, idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edib.
Yarışda komanda hesabında 1-ci yeri Mülki müdafiə qoşunlarının, 2-ci yeri Dövlət Yanğından Mühafizə Xidmətinin, 3-cü yeri isə Bakı Regional Mərkəzinin komandası tutub. Yarışın əzmkar komandası Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası olub.
Şəxsi nəticələrdə 1-ci yerə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı Məhəmməd Ziyadov, 2-ci yerə Aran Regional Mərkəzinin əməkdaşı Zeynal Zeynalov, 3-cü yerə isə FHN Akademiyasının kursantı Əli Həsənov sahib olub.
Sonda qaliblər kubok, diplom və medalla mükafatlandırılıb.
25 Sentyabr 18:21
1 169
25 Sentyabr 17:17
903
25 Sentyabr 17:16
861











