Təxribatın törədilmə üsullarına süni intellekt texnologiyalarından istifadə halları da daxil edilir
Ceyhun Bayramov Hindistan Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi ilə görüşüb
İran ballistik raketlərlə ABŞ gəmilərini vurduğunu iddia edir
Zelenski: Ukrayna Körfəz ölkələrindən birinə dəniz dronları tədarük edəcək
15 Avqust 2024 11:30
2 345
Milli Hidrometeorologiya Xidmətinin avqustun 15-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Milli Hidrometeorologiya Xidmətin dən APA-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Şamaxı, Kürdəmirdə 19 mm, Qəbələ, Oğuzda 11 mm, İsmayıllı, Xaltanda 7 mm, Goranboyda 6 mm, Göygöl, Naftalanda 5 mm, Altıağac, Quba, Xaçmaz, Şabran, Gədəbəy, Mingəçevir, Daşkəsən, Gəncə, Şəmkir, Xınalıq, Qrız, Şahdağ, Zərdab, Bərdə, Ağsu, Yevlax, Göyçay, Tərtər, Qusar, Qobustan, Şəkidə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Əvvəlcədən xəbər verildiyi kimi şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 19 m/s, Beyləqanda 18 m/s, Şirvanda 15 m/s-dək güclənib.
Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Avqustun 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, bölgələrdə isə 17-si gündüzədək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimalı var.