İqlim dəyişikliyi ilə mübarizəyə dəstək üçün yaradılmış beynəlxalq Fondun 3-cü iclası Bakıda keçirilir Hadisə
18 Sentyabr 2024 09:47
2 877

İqlim dəyişikliyinin mənfi təsirlərinə xüsusi həssas olan inkişaf etməkdə olan ölkələrə yardım məqsədilə yaradılmış İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin 3-cü iclası sentyabrın 18-də Bakıda öz işinə başlayıb.
APA xəbər verir ki, bu Fondun təsis edilməsi barədə qərar COP 27-də qəbul olunub. COP 28-də fəaliyyəti üçün qərar verilsə də, Fond bugünədək əməli fəaliyyətə başlamayıb.
İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin 3 gün davam edəcək iclasında Fondun Dünya Bankı sistemində maliyyə qurumu statusu əldə etməsi və tam əməli fəaliyyətə başlaması ilə bağlı tarixi əhəmiyyətli qərarların qəbul edilməsi gözlənilir.
Tədbirə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, BMT və digər beynəlxalq təşkilatlar, Dünya Bankı, beynəlxalq qeyri-hökumət təşkilatları və həmfikir qruplardan ümumilikdə 200-ə yaxın nümayəndə qatılıb.
İclas zamanı Fondun İcraçı direktorunun təyin olunması nəzərdə tutulur. İclasda COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti zamanı rəsmi başlanılması nəzərdə tutulan İtki və zərər üzrə maliyyə mexanizmlərinə dair Yüksək Səviyyəli Dialoq ilə bağlı vacib məqamlar müzakirə ediləcək.
Tədbirdə açılış nitqi ilə çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyin vacibliyinə və səylərin artırılmasına, eləcə də Fondun əməli fəaliyyətə başlamasının zəruriliyinə diqqət çəkib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi Fondun əməli fəaliyyətinin reallaşması istiqamətində tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda, bu, ölkəmizə olan inam və etimadın göstəricisi olmaqla yanaşı, Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə məsələlərinə verdiyi önəmin və bu xüsusda, inkişaf etməkdə olan dövlətlərə, o cümlədən kiçik ada dövlətlərinə ayırdığı diqqətin nəticəsi kimi qiymətləndirilir. Bu tədbirin ölkəmizdə təşkili, həm də Azərbaycanın qlobal səviyyədə bir oyunçu olaraq geosiyasi əhəmiyyətini artırır və mövqelərini gücləndirir.
-
Tramp: ABŞ Hörmüz boğazını nəzarətə götürür
-
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
-
İran XİN: ABŞ-ın 15 bəndlik sülh planı qeyri-realistdir
-
Türkiyənin müharibəyə qoşulacağı ilə bağlı iddialar dezinformasiyadır
-
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
-
"Pathaan" filmi ilə Hindistan Film Festivalının açılışı olub
-
Güclü yağışdan sonra paytaxtda genişmiqyaslı daxili iməclik keçirilib
-
İrandan Azərbaycana indiyədək 3094 nəfər təxliyə edilib
-
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
-
SEPAH Hərbi Dəniz Qüvvələri komandanının ölümünü təsdiq edib
-
“ONLAR ABŞ İLƏ ANLAŞIB, ÖLKƏNİ XİLAS ETMƏLİDİRLƏR” – “İxtisar edilən vətəndaşları taleyin ümidinə buraxmaq olmaz”
-
Tramp: "İran lideri Müctəba Xameneyi ya ölüb, ya da ağır yaralıdır"
-
Dünya bazarlarında neftin qiyməti yenidən 115 dolları ötüb
-
Tramp: İran ABŞ-ın bütün tələblərini yerinə yetirəcək
-
KİV: Tramp İrandan uranın çıxarılması üzrə əməliyyatı nəzərdən keçirir
-
Yaxın Şərqdəki vəziyyət Honq Konqda enerji təchizatına təsir edə bilər
-
Tramp: İran ABŞ-a 20 neft tankeri verəcək
-
Türkiyə, Misir və Səudiyyə Ərəbistanı neft üzrə konsorsium yaratmağı müzakirə edir
-
İtkin düşmüş kimi axtarışda olan 8 nəfər tapıldı
-
BƏƏ İranı Körfəz ölkələrinə təzminat ödəməyə çağırdı
-
Türkiyə və Yaxın Şərq ölkələri ABŞ-İran danışıqları üçün tədbirlər hazırlayır
-
Cəmil Əliyev “İstiqlal” ordeni ilə təltif edilib
-
Baş konsulluq: Rasim Balayevin cənazəsinin bu gün Azərbaycana göndərilməsi planlaşdırılır
-
Xalq artisti Rasim Balayev vəfat edib
-
Türkiyə: "PKK İrana qarşı döyüşərsə, vurulacaq"
-
Qalibaf: ABŞ İrana qarşı quru əməliyyata hazırlaşır
-
Binəqədidə anbarda yanğın başladı - YENİLƏNDİ
-
Bakı və Abşeron yarımadasında mart ayında rekord yağıntı qeydə alınıb
-
Əməkdar artist mükafata layiq görülüb
-
“31 Mart Azərbaycanlıların Soyqırımı Günü gələcək nəsillər tərəfindən daim xatırlanacaq”
-
Rusiya Qazaxıstana dörd Amur pələngi göndərəcək
-
Əlcəzairin sabiq prezidenti Əl-Yəmin Zərval vəfat edib
-
Rusiyanın HHM qüvvələri gecə ərzində 203 Ukrayna PUA-sını zərərsizləşdirib
-
Gürcüstanda sürücülük vəsiqələrinin qanunsuz verildiyi aşkarlanıb
-
İran ABŞ-ın “E-3 Sentry” xüsusi kəşfiyyat təyyarəsini vurub
-
ADSEA: Yağışla bağlı suların çəkilməsi və xətlərə yönləndirilməsi icra olunur
-
Livanda iki jurnalist İsrailin PUA hücumunda həlak olub
-
Bakıda bəzi yerlərdə kollektorlarda problemlər yaranıb, icra başçıları qəza baş vermiş ərazilərə gedib
-
Oğuzda ağacların kəsilməsinə görə polis cinayət işi açılıb
-
BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 178-ə yüksəlib
-
Türkiyə: İsrail ABŞ və İran arasındakı danışıqlar mühitini sarsıdır
-
Bakıda subasma nəticəsində köməksiz vəziyyətdə qalan şəxslər təxliyə olunub - VİDEO
-
SEPAH: Dubayda Ukraynaya məxsus antidron sistemləri anbarı məhv edilib
-
Tramp: "ABŞ aviadaşıyıcısına eyni vaxtda 17 istiqamətdən hücum edilib"
-
SEPAH: "Dubayda 500 amerikalı hərbçinin sığınacağını vurduq"
-
Azərbaycanın məktəbəqədər təhsil üzrə nailiyyətləri UNESCO-nun hesabatında işıqlandırılıb
-
Pezeşkian region ölkələrinə çağırış edib
-
Bakıda intensiv yağışlar davam edəcək, subasma gözlənilir - SABAHIN HAVASI
-
Aylıq yağıntı üzrə rekord göstərici qeydə alınıb
-
Omanın Salalah limanına dron hücumu olub, bir nəfər yaralanıb
-
Bakıya aylıq normadan 4 dəfədən çox yağıntı düşüb - FAKTİKİ HAVA
-
Uçqun olub, Quba-Xınalıq yolu bağlanıb
-
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
-
ABŞ-a məxsus F-16 qırıcısı Səudiyyə Ərəbistanında təcili eniş edib
-
İsrail İranda hərbi istehsal obyektlərinə hücum edib
-
Sel suları Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
ADY: Hava şəraiti ilə bağlı qatarların qrafikində qismən kənara çıxma halları ola bilər
-
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
-
Əbu-Dabidə İranın raket hücumu nəticəsində 5 nəfər yaralanıb
Xəbər lenti

