XİN: Azərbaycanın əməkdaşlığı olmadan TRİPP marşrutu layihəsinin icrası mümkün deyil
Nazir: Azərbaycnın əməkdaşlığı olmadan TRİPP marşrutu layihəsinin icrası mümkün deyil
Ruben Vardanyanın məhkəməsi dekabrın 30-da davam etdiriləcək
Nazir: Bakı ilə Moskva arasındakı gərginlik Ukrayna-Rusiya müharibəsi ilə bağlı deyildi
4 Oktyabr 2024 16:39
3 619
Cinayət Məcəlləsinə "Ekosid" anlayışı əlavə edilir.
APA-nın xəbərinə görə, bununla bağlı layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş layihədə "Ekosid" anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir. Dəyişiklik ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.