30 Oktyabr 2024 21:52
2 772
Xəbər verdiyimiz kimi, oktyabrın 29-u 22:00 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkətdə olan zaman iki nəfəri vurub.
Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Elməddin Fərzəliyev və 2007-ci il təvəllüdlü Səbuhi Zərbəliyev qatarın altında qalıblar. Hər iki şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.
Sakinlər qəza ilə bağlı bir sıra iddialar səsləndirib.
"Elektrovozun işığı yanmırdı, yansaydı, görüb saxlayardı", - deyə Elməddin Fərzəliyevin əmisi bildirib.
Vətəndaşların iddiaları ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən qeyd edilib ki, səsləndirilən fikirlər həqiqəti əks etdirmir.
Xalqcebhesi.az Baku TV-yə istinadla geniş süjeti təqdim edir:
25 Mart 17:27
1 351
25 Mart 15:08
1 379
25 Mart 15:03
1 386