14:52
392
Hörmüz boğazında tankerin atəşə tutulması nəticəsində iki nəfər xəsarət alıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
"UKMTO Hörmüz boğazından keçən gəmi ilə bağlı insident barədə məlumat alıb. Hərbi hakimiyyət orqanları UKMTO-ya bildiriblər ki, boğaza daxil olan tanker naməlum mərmi ilə vurulub. Ekipajın iki üzvü yüngül xəsarətlər alıb", - deyə koordinasiya mərkəzindən bildirilib.
Mərkəzdən əlavə edilib ki, gəmi öz gedişi ilə növbəti təyinat limanına doğru hərəkəti davam etdirir. Gəminin adı və qeydiyyatda olduğu liman da daxil olmaqla, əlavə təfərrüatlar verilmir.
Məryəm Quliyeva