“Fermerin işi istehsaldır, satış yox”
25 Dekabr 21:04
25 Dekabr 21:04
25 Dekabr 20:59
25 Dekabr 20:57
25 Dekabr 20:54
23 Dekabr 2024 15:21
2 835
Bir qrup Qeyri Hökumət Təşkilatı rəhbərinin qardaş Türkiyədə səfəri çərçivəsində görüşləri davam edir. Qeyri Hökumət Təşkilatı rəhbərləri bu dəfə Qars şəhərində olublar. Səfər çərçivəsində Naxçıvan Ali Məclisin deputatı Üzeyir Məmmədov, “Xüsusi Təyinatlıların qaziləri, Şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Bəhruz Məmmədzadə, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev, Birliyin sədr müavini Xəqani Əliyev, iş adamı İsmayıl Allahverdiyev Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu Zamin Əliyev tərəfindən qəbul ediliblər.
Görüşdə konsul Zamin Əliyev Türkiyə və Azərbaycanın dostluq, qardaşlıq əlaqələrindən danışaraq Qeyri Hökumət Təşkilatlarının rəhbərlərinin bu səfərini yüksək dəyərləndirib. Qəbula görə baş konsul Zamin Əliyevə öz təşəkkürünü bildirən “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev Qars və İğdırın Azərbaycanın şəhərləri ilə dostlaşmasını qeyd edib. Görüşdən sonra konsulluğun binasında olan xatirə stendi ziyarət edilib, xatirə fotoları çəkilib.
25 Dekabr 20:58
1 022
25 Dekabr 19:53
966
25 Dekabr 18:28
1 036


