13 Yanvar 2025 11:00
2 205
Goranboyda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Faxralı kəndində qeydə alınıb. Kənd sakinləri - 1983-cü il təvəllüdlü Ş.Əsgərov, 1987-ci il təvəllüdlü H.Qocayeva, 2014-cü il təvəllüdlü Ç.Əsgərov və 2016-cı il təvəllüdlü Ə.Əsgərov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilib.
Məlumata görə, ailə üzvləri yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
25 Mart 17:27
1 344
25 Mart 15:08
1 358
25 Mart 15:03
1 372