Əraqçi: İran ABŞ ilə memorandumu qüvvədə hesab edir Dünya

Əraqçi: İran ABŞ ilə memorandumu qüvvədə hesab edir

İran ABŞ ilə əvvəllər bağlamaqla əldə olunmuş İslamabad memorandumunu qüvvədə hesab edir və Vaşinqtonla münaqişənin tənzimlənməsində diplomatik yola qayıtmaq niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam respublikasının xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Van Yi ilə görüşündə bildirib.

"İran münaqişənin davam etməsində maraqlı deyil, diplomatik tənzimləmə yoluna qayıtmağa ümid edir və eyni zamanda öz hüquq və mənafelərini qətiyyətlə qorumaq niyyətindədir. İran tərəfi hesab edir ki, ABŞ və İran arasında anlaşma memorandumu qüvvədə qalır", - deyə Çinin Mərkəzi Televiziyası onun sözlərini sitat gətirir.

Məryəm Quliyeva