İran və Oman Hörmüz boğazının açılması planı ilə bağlı razılığa gəliblər Gündəm

İran və Oman Hörmüz boğazının açılması planı ilə bağlı razılığa gəliblər

İran və Oman hakimiyyət orqanları Hörmüz boğazının gəmiçilik üçün açılması planına dair razılıq əldə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Van Yi ilə görüşündə bildirib.

"İran tərəfi hesab edir ki, ABŞ və İran arasında anlaşma memorandumu hələ də qüvvədə qalır, İran artıq Omanla Hörmüz boğazının açılması planını razılaşdırıb və hesab edir ki, Amerika tərəfi üzərinə götürdüyü bütün öhdəlikləri vicdanla yerinə yetirməlidir", - deyə Çin Xarici İşlər Nazirliyinin məlumatında onun sözləri sitat gətirilir.

Məryəm Quliyeva