“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
13 Yanvar 2025 14:57
2 296
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, ənənəvi olaraq xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır.
Bildirilib ki, həmin ərazi daima Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub. Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, zədələnmiş plitələr dəyişdirilir, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika aparılır.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
30 Dekabr 2025 18:03
1 995
30 Dekabr 2025 18:01
1 729
30 Dekabr 2025 17:36
1 827