Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
18 Yanvar 2025 17:43
2 807
Fövqəladə Hallar Nazirliyinin strukturlarında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Anım mərasimlərində, əvvəlcə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edənlər 1990-cı ilin 20 yanvar hadisəsini Azərbaycan xalqının böyük faciəsi adlandırmaqla yanaşı, tariximizin qəhrəmanlıq səhifəsi olduğunu da diqqətə çatdırıblar.
Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusunun və xüsusi təyinatlı birləşmələrinin, habelə daxili qoşunların kontingentinin Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarına yeridilməsi nəticəsində dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı amansız qırğınlar törədilib. Hərbi təcavüz nəticəsində 150 dinc sakin həlak olub, 744 nəfər ağır yaralanıb, 4 nəfər isə itkin düşüb.
Qeyd olunub ki, xalqımızın o ağır günlərində faciədən dərhal sonra – yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev burada beynəlxalq media nümayəndələri üçün mətbuat konfransı keçirərək dünya ictimaiyyətini baş vermiş bəşəri cinayət barədə məlumatlandırıb, törədilmiş amansız qırğını kəskin şəkildə pisləyərək, faciəyə siyasi-hüquqi qiymət verilməsini tələb edib. Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.
Natiqlər qan yaddaşımız olan 20 yanvar faciəsinin mahiyyətini gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışaraq, ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən sistemli tədbirlərdən söz açıblar. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin mütərəqqi siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi, onların xatirəsinin daim ehtiramla anılması, şəhid ailəsi üzvlərinin sosial problemlərinin həlli istiqamətində davamlı olaraq zəruri addımlar atılır.
Tədbirlərdə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub.
25 Sentyabr 18:21
1 183
25 Sentyabr 17:17
917
25 Sentyabr 17:16
875




