"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
24 Yanvar 2025 16:43
3 136
Səudiyyə Ərəbistanı Krallığının Naif Ərəb Təhlükəsizlik Elmləri Universitetinin prorektoru Abdulrazaq Al-Morjanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi polkovnik Nizami Mövlanov qonaqlarla görüşüb.
Nümayəndə heyətinə Azərbaycan Ordusunda hərbi təhsil sistemi və bu sahədə aparılan islahatlar barədə ətraflı məlumat verilib. Qonaqlara Vətən müharibəsindən bəhs edən videoçarx təqdim olunub.
Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Səfər çərçivəsində qonaqlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin təlim şəhərcikləri, atış meydanları, trenajor bölməsi ilə tanış olublar.
08:36
266
08:34
273
28 Sentyabr 20:24
749






