18:52
371
Trans-Xəzər Nəqliyyat Dəhlizi (TCTC) üzrə yük axınının 2040-cı ilədək 3,6 dəfə artacağı gözlənilir.
"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının “Integration: World-Class Trade Logistics Along the Trans-Caspian Transport Corridor” hesabatında qeyd olunub.
Hesabata əsasən, inkişaf ssenarisi üzrə Trans-Xəzər Dəhlizi ilə daşınan ümumi yüklərin həcmi 2023-cü ildəki 8,8 mln tondan 2040-cı ildə 32,1 mln tona yüksələ bilər.
Dünya Bankı bildirir ki, “Trans-Xəzər Nəqliyyat Dəhlizi nəqliyyat marşrutundan iqtisadi dəhlizə çevrilmək potensialına malikdir”.
Hesabatda qeyd olunur ki, “iqtisadi dəhliz yalnız yük daşımalarını deyil, investisiyaları, məhsuldar iqtisadi fəaliyyəti, iş yerlərinin yaradılmasını və biznesləri, işçiləri və bazarları səmərəli logistika vasitəsilə əlaqələndirməyi təmin edir”.
Dünya Bankının qiymətləndirməsinə görə, TCTC-nin inkişafı dəhliz ölkələri üzrə uzunmüddətli dövrdə ÜDM-i orta hesabla 3,3%, məşğulluğu isə 2,9% artıra bilər.
Hesabatda vurğulanır ki, “dəhlizin tam potensialının reallaşdırılması yalnız infrastruktur investisiyaları ilə mümkün olmayacaq”. Bunun üçün logistika xidmətləri, ticarətin asanlaşdırılması, rəqəmsal sistemlər və ölkələrarası əməkdaşlığın inkişaf etdirilməsi tələb olunur.
Dünya Bankı qeyd edir ki, Trans-Xəzər Dəhlizinin inkişafı üçün əsas çağırışlardan biri “dəhlizin performansının artırılmasıdır”.
Hesabata görə, hazırda Xəzər üzərindən daşınan yüklərin 92%-ni taxıl, gübrə, tikinti materialları və yanacaq kimi kütləvi yüklər təşkil edir.
18:54
385
16:44
616
14:21
665