13:43
350
Polşa müdafiə nazirinin müavini Çezari Tomçik ölkənin Müdafiə Nazirliyinin hava məkanını pozan obyektlərin vurulması prosedurunu dəyişdirməyi planlaşdırdığını bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, bazar ertəsi, sentyabrın 28-də "RMF24"ə istinadən bildirib.
Qeyd olunur ki, hazırda atəş açmaq barədə qərar yalnız vizual identifikasiyadan sonra verilə bilər. Bu o deməkdir ki, pilot hədəfə yaxınlaşmalı və onun hansı obyekt olduğunu dəqiq müəyyən etməlidir.
Bu kontekstdə Tomçik yaxın günlərdə Müdafiə Nazirliyinin ölkənin hava məkanını pozan obyektlərin vurulması prosedurunu dəyişəcəyini vurğulayıb.
"Yaxın günlərdə Milli Müdafiə Nazirliyi Polşa təyyarələri və helikopterlərinin Rusiyadan bizə yaxınlaşan obyektlərə atəş açması prosedurlarını dəyişəcək, dinc dövr üçün standart olan vizual identifikasiyanı müsbət identifikasiya adlandırılan prosedursa əvəz edəcək", - deyə Tomçik bildirib.
Dəyişikliklər edildikdən sonra atəş açmaq qərarının qəbul edilməsi üçün pilot və ya əməliyyat komandirinə radarlardan alınan məlumatların kifayət edəcəyi gözlənilir.
Məryəm Quliyeva