Tehran Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilədən çıxmağı nəzərdən keçirir Dünya

Tehran Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilədən çıxmağı nəzərdən keçirir

Tehran Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilədən (NPT) çıxmaq təklifini nəzərdən keçirəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran parlamentinin vitse-spikeri Əli Nikzad bildirib.

"NPT-dən çıxmaq layihəsi fövqəladə təcili qeydi ilə baxılmaqdadır. O, parlamentə daxil olan kimi elə həmin gün baxılacaq", -deyə "Fars" agentliyi onun sözlərindən sitat gətirib.

Nikzadın sözlərinə görə, "parlament bu addımın beynəlxalq nəticələrini də araşdıracaq".

O əlavə edib ki, iranlı qanunvericilər Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) və onun baş direktoru Rafael Qrossiyə etibar etmirlər.

Deputat MAQATE rəhbərini İranın nüvə obyektlərinə yalnız "səthi" səfərlər etməkdə və mənfi hesabatlar dərc etməkdə ittiham edib.

Məryəm Quliyeva