14:15
336
“Yunanıstan da daxil olmaqla Avropa Birliyi (AB) ölkələrinə qaz ixracatının artırılması Azərbaycanın enerji siyasətinin mühüm parçasıdır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında iqtisadçı Elçin Məmmədov deyib.
E.Məmmədov qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsinin başlanmasından sonra AB qaz təchizat kanallarının diversifikasiyasına xüsüsi diqqət verməyə başlayıb: “Hazırda Azərbaycan qazının daha çox həcmlərdə Avropaya çatdırılmasının qarşında duran məsələlərdən biri mövcud boruların ötürmə potensialıdır. Yəni Rusiya qazının idxalına qoyulan məhdudiyyətlər fonunda AB qaza olan tələbatını digər qaz təchizatçıları hesabına ödəməyə hazırdır, lakin mövcud qaz tranziti infrastrukturu artan qaz tələbatının qarşılamaq üçün kifayət etməyə bilər. Düşünürəm ki, AB-ə qaz ixracatını daha da artırmaq üçün mövcud infrastrukturun genişlənməsi və ya yeni daha həcmli borunun tikilməsi Azərbaycanla yanaşı AB-nin də diqqət mərkəzində olmalıdır”.
Röya İsrafilova