11:24
392
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında bir neçə gün davam edən leysan yağışları və onların törətdiyi daşqınlar nəticəsində ən azı 62 nəfər həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə bazar ertəsi "Associated Press" ştat hakimiyyətinin nümayəndələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, 46 nəfər xəsarət alıb, mindən çox evə ziyan dəyib.
Ştatın bəzi rayonlarında, o cümlədən paytaxt Laknau da təhsil müəssisələri bağlanıb, xilasedici komandalar insanları su altında qalmış ərazilərdən daha təhlükəsiz yerlərə təxliyə edirlər.
Daşqınlar ölkənin şərqindəki Odişa ştatına da təsir göstərib, orada təxliyə 75 mindən çox insanı əhatə edib.
Məryəm Quliyeva