13:51
343
Ukrayna son aylardakı əməllərinə görə "bədəl ödəməli" olacaq və hazırda bu, Rusiya qüvvələrinin zərbələri şəklində baş verir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya elə etməlidir ki, digər dövlətlər ona sarsıdıcı zərbələr endirmək planlarını bəyan etməyə "cəsarət etməsinlər". Peskov həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Ukrayna üzrə danışıqlarla bağlı Moskvanın mövqeyini ətraflı şəkildə şərh edib.
Silahlara nəzarət mövzusuna toxunan Peskov bildirib ki, bu məsələ ilə bağlı ABŞ ilə danışıqları "hələ dünən" bərpa etmək lazım idi. Bununla belə, onun sözlərinə görə, razılaşmalar hərtərəfli hazırlıq tələb edir, buna görə də tez bir zamanda nəticə gözləmək olmaz.
Peskov Rusiya və Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətini sıfıra yaxın kimi qiymətləndirib. Eyni zamanda, iki ölkənin xarici işlər nazirlərinin görüşü faktını müsbət adlandıran Peskov, münasibətlərdə tezliklə dəyişikliklərin olacağı ilə bağlı nəticə çıxarmağın "yalan" olacağını qeyd edib.
Məryəm Quliyeva