Ukrayna paytaxtında inzibati binaya zərbə endirilib Dünya

Ukrayna paytaxtında inzibati binaya zərbə endirilib

Kiyevin Şevçenko rayonunda növbəti dəfə yeddimərtəbəli inzibati binaya zərbə endirildiyi qeydə alınıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko məlumat yayıb.

"Olimpiyskaya" metro stansiyası yaxınlığında yanğın baş verib. Yerli sosial şəbəkə səhifələrinin verdiyi məlumata və dərc olunmuş fotolara əsasən, Ukrayna Konstitusiya Məhkəməsinin qarşısında yerləşən binaya ziyan dəyib.

Zərbə nəticəsində "Dobrobut" tibb mərkəzi də ciddi zərər görüb.

Xəsarət alanlar və dağıntıların miqyası barədə məlumatlar dəqiqləşdirilir.

Məryəm Quliyeva