13:14
441
Belarus Prezidenti Aleksandr Lukaşenko Pavel Muraveykonu Prezident Administrasiyası rəhbərinin müavini təyin edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "BelTA" agentliyi məlumat yayıb.
Əvvəllər Muraveyko Silahlı Qüvvələrin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini vəzifəsini tuturdu.
Bundan əlavə, Lukaşenko Vladimir Belını Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini təyin edib. Belı bundan əvvəl müdafiə idarəsi rəhbərinin müavini vəzifəsində çalışıb.
Məryəm Quliyeva