ABŞ-ın Corciya ştatında atışma: 11 nəfər yaralanıb Dünya

ABŞ-ın Corciya ştatında atışma: 11 nəfər yaralanıb

ABŞ-ın Corciya ştatında ad günü şənliyi zamanı baş verən münaqişə nəticəsində 11 nəfər xəsarət alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CBS News" yerli polisə istinadən məlumat yayıb.

Ad günü qeyd edən gənclər arasında düşən mübahisə silahlı qarşıdurma ilə nəticələnib. Parkda baş verən atışmada 11 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti kritikdir.

Məryəm Quliyeva