Aİ "Yabloko" partiyasına görə 10 rusiyalıya sanksiya tətbiq edib Dünya

Aİ "Yabloko" partiyasına görə 10 rusiyalıya sanksiya tətbiq edib

Aİ Şurası "Yabloko" partiyasının Dövlət Dumasına seçkilərə buraxılmaması ilə əlaqədar on nəfərə qarşı sanksiyalar tətbiq edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə təşkilatın kommyunikesində bildirilib.

Sanksiya siyahısına "Yabloko" siyasi partiyasının Dövlət Dumasına seçkilərə buraxılmaması haqqında qərarda iştirak edən" Rusiya Ali Məhkəməsinin üç hakimi və Baş Prokurorluğun bir əməkdaşı düşüb. Siyahıya həmçinin partiya üzvlərinin məhkəmə proseslərində iştirak edən hakimlər və prokuror da daxil edilib.

Aİ Şurasının bu qərarı nəzərə alınmaqla, insan hüquqlarının pozulmasına görə sanksiya rejimi çərçivəsində rusiyalılara qarşı məhdudlaşdırıcı tədbirlər ümumilikdə 108 fiziki və 7 hüquqi şəxsə şamil edilir. Onların Aİ-dəki aktivləri dondurulacaq, Aİ vətəndaşlarına və şirkətlərinə onlara vəsait, maliyyə aktivləri və ya iqtisadi resurslar təqdim etmək qadağan olunur.

Məryəm Quliyeva