16:44
406
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda banklar müştərilərinə verdikləri kreditlər üzrə toplam 2 milyard 982.6 milyon manat faiz gəliri əldə edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,2% artıb.
Qeyd edək ki, cari ilin sentyabr ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 32 milyard 824.2 milyon manata bərabər olub. Kredit portfelinin 17 milyard 822.9 milyon manatı biznes kreditlərinin, 10 milyard 261.2 milyon manatı istehlak kreditlərinin, 4 milyard 740.2 milyon manatı isə ipoteka kreditləri təşkil edib.
14:21
546
14:20
504
12:26
602