Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Türklərin başına gələn tarixi faciələr

Türklərin başına gələn tarixi faciələr Hadisə

Türklərin başına gələn tarixi faciələr

Əfqanıstanda milyonlarla türk yaşayır
Türklərə qarşı qətliamlara və soyqırımlara göz yuman Qərb başqa xalqlara qarşı tolerant olmağı tələb edir

Bu gün dünyada bir "türkofobiya" havasının olduğu heç kəsə sirr deyil. Bu "fobiya"nın kökü çox əvvəllərə gedib çıxır.
Tarixən olduğu kimi indi də türk xalqı başqa xalqlara qarşı
insansevərlik nümayiş etdirir. Əslində türkün insansevərlik xisləti, xarakteri dünyanın milli tolerantlıq qəlibindən ötə, bənzərsiz bir hadisədir, bəşəriliyi tam mənasıyla təsdiq edir.
Mərhum türkoloq Əli Kərimbəyli araşdırmalarında tarixin müxtəlif dönəmlərindən üzü bəri türk xalqlarına, habelə Azərbaycan-Türk xalqına qarşı yapılan soyqırım əhvalının, tarixi faciələrin kökündə duran səbəblərdən söz açır. Söhbətinə Əfqanıstandakı olaylardan başlayan araşdırmaçı yazır: "İki min ildən yuxarı bir tarixə sahib olan bir neçə Türk boyu bugünkü Əfqanıstan sərhədləri arasında öz yaşamını davam etdirməkdədir. Əhalisinin 42 faizini puştunlar təşkil etsə də, 30 milyondan çox əhalinin Xəzər türkləri 20 faizini, özbəklər 8 faizini, aymaklar 4 faizini, türkmənlər 3 faizini, qırğızlar 2, Azərbaycan türkləri 2 faizini təşkil edir. Bu sırada aymaklar dillərini saxlaya bilməyib, demək olar, çoxu farsca danışır. Bir sözlə, təxminən 30 milyondan çox bir toplumun 40 faizini Türk mənşəli xalqların təmsil etməsi Əfqanıstanın tən yarısının Türk ölkəsi olması anlamına gəlir - təxminən 12-13 milyon türk nüfusunun burada yaşamasını bir çoxları heç vaxt nəzərə almır. Ciddi və geniş elmi-tədqiqatlar aparılmadığı üçün Xəzər türklərinin Çingiz xan dönəmində buraya moğollarla gəlməsi təxmin edilir. Halbuki bu xalq bura Çingiz xandan əvvəl də gələ bilər, sonra Özbək xanla da gələ bilər. Xəzərlərə bəzi orta əsr mənbələrində Qarça (e.ə) Türkləri də deyilirmiş. Dr.Cavid və Ömər Salihə görə, Xəzərlər Moğollardan öncə Qarzə türk boyu kimi tanınırmış. Fonetik dəyişikliyə uğrayan bu qədim etnonimə artıq yer adı kimi bir çox ölkələrdə rast gəlinir.
Azərbaycanda - Sabirabad rayonunda Qurzuf, Türkiyədə Qars, Q-R-S ("qrs") morfemi üzərində formalaşan leksikoloji variantlar toponim formasında yer adları kimi biri-birindən min kilometrlərlə uzaqda rastlanması, məncə, o tayfanın Xəzər imperiyası ilə də əlaqəsinin olmasına dəlalət edir. Hacı Kazım Yəzdaniyə görə, xəzərlər Ural-Altay boylarına mənsubdur və Gur hökmdarları bu tayfadandır. Əfqanıstanda onların yerləşdiyi bölgə hazırda Xazaraçat və ya Xazarstan adlanır. Artıq qeyd etdik ki, Xəzərlərlə yanaşı Əfqanıstanda türkmənlər, özbəklər, qırğızlar, azərlər və s. kiçik türk tayfaları yaşamaqdadır".
Araşdırmaçı qeyd edir ki, burada milli-etnik zəmində, xüsusən türk boylarına qarşı qanlı cinayətlər törədilib, türk mənşəli xalqlara qarşı tam soyqırım siyasəti tətbiq edilib: "Ancaq əminəm ki, bu faciə nə birincidir, nə də axırıncı. Yaxşı olar ki, təkcə Əfqanıstanda deyil, etnik Türklər yaşayan bütün ölkələrdə siyasi, iqtisadi, mədəni-ticari və s. diplomatik danışıqlarda bizim - yəni müstəqil türk ölkələrinin diplomatları, nazirləri, rəhbərləri yerli türk boylarının həyatı ilə maraqlansın, bu mövzunu danışıqlar protokoluna salsınlar. O ölkələrdə törədilmiş assimilyasiya, zorla köçürmə, qarətlərə, qətllərə aid bir sorğu versinlər. Bu, ölkələrin daxili işinə qarışmaq deyil, bu sorğu xoşgörülü, saf niyyətli, barışcıl motivləri ehtiva edəcək".
Balkanları "qanlı qazan" adlandıran Ə.Kərimbəyli oradakı antitürk əhvalını belə çözür: "Kader Özlemin Balkan Türkləri mövzusunda yazdığı bir məqaləsindən aldığım rəqəmləri izləməyimizin gərəyi var. 1877-78 Rus-Osmanlı müharibəsinin vurduğu ziyanı araşdıran M.Karfinin hesablamalarına görə, savaş nəticəsində 1,253 milyon adam müharibə bölgəsindən köçməyə məcbur olub. Bu müharibənin ən qorxunc və dəhşətli yanı burada 260 min türk soydaşımızın qətl edilməsidir. 1912-1913-cü illərdə Bolqarıstan, Serbistan, Qaradağ, Rumıniya və Yunanıstan - 5 dövlətin Osmanlı Türkiyəsinə qarşı açdığı müharibə nəticəsində saysız-hesabsız insanlar köç vəziyyətinə düşdü, bununla yanaşı o zamankı hərbi dəniz naziri, İttihad və Tərəqqinin fəallarından olan Cəmal Paşa xatirələrində yazırdı ki, bolqarlar, yunanlar, serblər birlikdə 500 min türkü qətl etdilər. 1912-1920-ci illərdə Balkanlardan 413 min adam zorla Türkiyəyə köçüb.
1992-ci ildə öz bağımsızlığını elan edən Bosna-Heresekdə bosnalı serblərin 1992-1995-ci illər arası türklərə və müsəlmanlara hücumları nəticəsində 200 min günahsız insan məhv edilib. Xüsusilə Srebrenitsada 8 min müsəlmanın toplum halında öldürülməsi Qərbin Bosnada süqutu mənasına gəlmişdi. Bu qətliamlara və soyqırımlara göz yuman Qərb başqa xalqlara qarşı tolerant olmağı tələb edir, ancaq müsəlman-türk və ya qeyri-müsəlman millətin soyqırıma məruz buraxılmasına göz yumur.
Belə gərgin vəziyyət hələ dağılmayan Yuqoslaviyada da baş verirdi. İş o yerə çatdı ki, Türkiyə Cümhuriyyəti öz milli azlığını - soydaşlarımızı qorumaq üçün 1953-cü ildə Sərbəst Köç Andlaşmasını (müqaviləsini) Yuqoslaviya ilə imzaladı. Bu müqavilə əsasında 1953-1967-ci illər arasında Yuqoslaviyadan 175,4 min nəfər soydaşımız Türkiyəyə köç etmişdi. Öz dədə-baba torpaqlarından köçmək istəməyən yüz minlərlə türkü sonralar zorla assimilyasiyaya məruz qoydular. 1951-ci ildə NATO bloku çərçivəsində Cənubi Koreyaya ordu çıxaran Türkiyənin acığına Moskvanın əmrinə əsasən Bolqarıstan hakimiyyəti Türkiyə üçün problem yaratmaq məqsədilə buradan 154 min milliyyətcə Türk vətəndaşını zorla Türkiyəyə köçürmüşdü. Türkləri köçürtmək Moskvanın yedəyində sürünən Bolqarıstan üçün təməl siyasət idi. Nəhayət, buradakı Türklərə verilən zülm, işgəncə, sitəm, assimilyasiya siyasəti Türkiyəni məcbur etdi ki, Bolqarstanla Köç Andlaşması imzalasın və 1968-ci ildə bu müqavilə imzalandı. Bu müqaviləyə əsasən 1968-1978-ci illər arasında Bolqarıstandan 130 min nəfər Türkiyəyə köçürüldü. Bu tədbirə etiraz edən türkləri isə Belenedə yerləşən həbsxanaya atırdılar.
Anti-türk siyasəti öz gündəlik fəaliyyətinə çevirən Todor Jivkov rejimi 1989-cu ildə 350 min öz vətəndaşı olan türk soydaşımızı Bolqarıstandan köçürtdü. Bu, II Dünya Savaşından sonra Avropa qitəsində baş verən ən böyük köç hadisəsidir. Bu günlər Balkanlarda cəmiyyətin həyatında qismən sakitlikdir. Bununla belə, məsələn, Bolqarıstanda qəbul etdikləri yeni Ana Yasanın 36.2-ci maddəsində türkləri nəzərdə tutan maddənin adı belədir: "Ana dili bolqarca olmayan vətəndaşlar". Bütün beynəlxalq sənədlərdə bunu tələb kimi ifadə edən paraqrafların adı "Azsaylı türklər" kimi yazılıb. Dolayısıyla bu, o deməkdir ki, Türk etnik kimliyi hüquqi məntiqlə inkar edilir, təsbit edilmir".
Yunanıstandakı türklərə münasibət məsələsi isə daha acınacaqlıdır: "Yunanıstanda Trakiya bölgəsində qalan türklərin haqqında Lozan Sülh konfransında ciddi sözlər danışılmışdı. Lozan konfransında Trakiya türklərinin indi azlıqda qalacağı məsələsi müzakirə edilmiş və azlıqda qalan etnik qruplara şamil edilən bütün haqların Türk vətəndaşlara da eynilə tətbiq ediləcəyi barədə Yunanıstan tərəf öhdəlik götürmüşdü. Lozan konfransının bu məsələyə həsr edilən maddələri bunlardır: maddə 37-40. Halbuki II Dünya Savaşından sonra Trakiyada qalan türklərə tərəf yönələn yunan siyasəti iki istiqamətdə izlənib: türkləri zorla köçməyə məcbur etmək, burada hər hansı bəhanədən istifadə etmək olar və hara gəldi köçsünlər - ABŞ-a, Türkiyəyə, Afrikaya, köç olmadığı təqdirdə assimilyasiya etmək. Siz təsəvvür edirsinizmi, bu kimi despotik üsullar Avropanın gözü qarşısında baş verir. Əslində "Yunan mədəniyyəti" adlanan mədəniyyət prototürk mədəniyyətinin təhrif edilmiş kalka-tərcümə variantıdır. Bu mədəniyyətin kökündə qədim Trakiya, qədim Hitit, qədim Ellin, qədim Makedon, qədim Etrusk, qədim Sak, qədim Hun və bununla yanaşı kiçik xalqların yaratdığı məişət mədəniyyəti dayanmaqdadır. Sadəcə, əvvəl ellinosentristlər, sonra avrosentristlər bu mədəniyyəti İon (yunan) tayfasının adına yazmaqla əzəmətli qədim Şərq mədəniyyətinin qarşısına guya qədim Avropa mədəniyyəti çıxartdılar. Bu ideya ətrafında bütün tarix və ədəbiyyat kitabları xüsusilə son iki yüz ildə tamamilə yunanlaşdırıldı. Təəssüf ki, biz də öz məktəbimizi, elmi fəaliyyətimizi onların qurduğu maarif-mədəniyyət modelləri üzərində qurduq, yəni hazır qərbi Avropa idrak şablonlarını götürüb öz mentalitetimizə uyğun gəlib-gəlməməsindən asılı olmayaraq özümüzə tətbiq etdik, yəni təfəkkürümüzə, məktəbimizə yeritdik.
Qədim hüquq deyəndə Roma hüququnu düşünmədən aldıq, qədim ədəbiyyat deyəndə, bizi aldatmaq üçün hazırlanmış Yunan ədəbiyyatını aldıq. Təəssüf ki, bu gün çoxumuz bilmirik ki, Avropa İntibahı deyilən mədəniyyət hadisəsinin mənbəyi nədir və ya hardadır. Avropalıların yüzillərlə Şərqdən oğurladıqları kitabları bir gün tərcümə edib oxudular və... ayıldılar ki, ay qardaş, burada dünya varmış ki?! Sadəcə, Şərq elmlərini Avropa dillərində oxudular və İntibah deyilən Oyanma baş verdi. Son iki yüz ildə Şərqi və Türk dünyasını o qədər ələ saldılar ki, indi "yaxşıdır" deməyə utanırlar. Çünki 200 ildir dünyanı aldatmaqla məşğul olublar. D.Allen (1901-1973) və onun kampaniyasının Türk Dünyası əleyhinə səpdiyi mürtəce toxumlar hələ də cücərir, göyərir, bar verir. (Məsələn, saxta "erməni soyqırımı"nı Allen və kampaniyası qurama-saxta bəlgə-sənədlərlə hazırlayıb)".

Uğur