Türkiyədə meşə yanğını: 7 helikopter cəlb olundu Dünya

Türkiyədə meşə yanğını: 7 helikopter cəlb olundu

Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda meşə ərazisində yanğın başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində havadan və qurudan müdaxilə edilir.

Əraziyə bir təyyarə, yeddi helikopter və digər texniki vasitələr cəlb olunub.

Hadisənin səbəbi məlum deyil.