

MAQATE-nin son hesabatı İranın agentliklə olan əməkdaşlığının əsl səviyyəsini göstərmir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
"İran MAQATE ilə prinsipial yanaşma əsasında genişmiqyaslı əməkdaşlığını davam etdirib. Bu nüvə əməkdaşlığı ilə bağlı hüquq və öhdəliklərə əsaslanır. Təəssüf ki, belə geniş əməkdaşlığa baxmayaraq, hazırlanmış hesabat əməkdaşlığın əsl səviyyəsini tam şəkildə əks etdirmir", – XİN bəyan edib.
Qeyd edək ki, daha öncə MAQATE İranın gizli şəkildə nüvə proqramı həyata keçirməsi barədə hesabat yayıb.