

Mayın 30-da Sum vilayətinin daha 11 yaşayış məntəqəsindən təxliyə haqqında sərəncam imzaladım. Bu, Riçkivska, Vorojbyanska, Bilopilska və Mukolaivska icmalarına aiddir.
Xalqcebhesi.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ukraynanın Sum vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov bölgədəki vəziyyətlə bağlı son durumu şərh edərkən bildirib.
O qeyd edib ki, ümumilikdə vilayətin müvafiq olaraq 4 rayonunun 213 yaşayış məntəqəsindən əhalinin təxliyəsi zərurəti yaranıb:
"Təxliyəyə başlanılan 11 yaşayış məntəqəsində 2 900 nəfər yaşayır. Müvafiq təxliyə qərargahı yaradılıb. Polis, fövqəladə hallar xidməti, ictimai təşkilatların əməkdaşları prosesə cəlb olunub. Zəruri yardım göstərilir. Eyni zamanda, köçkünlərə humanitar yardım və tibbi qeydiyyat üçün müvafiq qərargahlar yaradılıb. Görürük ki, düşmən mülki infrastruktura zərbələr endirməyə davam edir. Srağagün Sum vilayətinə kütləvi hücum oldu. Zərbə Trostyanetska və Rovenska yaşayış yerlərinə endirildi. Mülki infrastrukturda dağıntılarımız var".