Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
14 Fevral 2025 11:39
2 051
Bu ildən dövlət tərəfindən maaliyələşən kanallarda surdotərcüməçiliyin (red. işarət dili) tətbiq edilməsi üçün qanuna dəyişiklik edilməsi üzərində işlər gedir.
APA xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, buna Milli Məclisdə müzakirə edildikdən sonra qərar veriləcək: "Azərbaycanda surdotərcümə çox azdır. Gələcəkdə özəl kanallarda da surdotərcüməçiliyin tətbiq edilməsi ola bilər".
Qeyd edək ki, fevralın 5-də “Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna dəyişiklik Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə edilib. Layihəyə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır. Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər. Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər. Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir.
25 Sentyabr 18:21
1 092
25 Sentyabr 17:17
819
25 Sentyabr 17:16
777