Türkmənçay – 1828: tarixi xronika Hadisə

Türkmənçay – 1828: tarixi xronika

15-ci yazı

1829-cu il 18 yanvar. "Türkmənçay müqaviləsi"nə əlavə İran ilə Rusiya arasındakı sərhəd xəttinin təyin edilməsi barədə protokol

Türkmənçay müqaviləsinin IV maddəsinə əsasən Rusiya tərəfindən polkovnik Ramqarov, İran tərəfindən birinci mühəndis müşavir Mirzə Müstovfi, II mühəndis müşavir Mosyo Bartolomi, onların köməkçisi Mirzə Əhməd Abbas-Abad qalasında görüşüb, həmin protokolun mətnini hazırlamışdılar. Protokolu İran tərəfindən Abbas Mirzə, Rusiya tərəfindən Paskeviç imzalayıb möhür vurublar. Onlar sərhəd xətlərini şəxsən yoxlayıb və aşağıdakı sərhəd xəttini müəyyənləşdiriblər.

Sərhəd xətti: Bəyazid ərazisi yaxınlığındakı nöqtədən çıxdıqdan sonra Kiçik Ağrıdağ zirvəsinə, əkinə yararsız olan daşlıq yerlərdən keçib oradan Aşağı Qarasu mənbəyinə birləşir. Belə ki, Rusiyaya aid olan Soltan topu dağı bu xəttin solunda qalır. Aşağı Qarasu mənbəyi Buralan daşlığı ayağındadır. Elə bir səhradakı hər iki Ağrının müqabilindədir. Bu daşlar Araza tökülən Yuxarı Qarasu dəhnəsinə çox yaxındır və Kiçik Ağrının zirvəsindən 27 verst uzaqdadır (hər verst 1-1,06 kilometrə bərabərdir – S.O.). Mənbəyi axdığı yerdən müşahidə etdikdə küncü bu yerdən şimala doğru gedir və 55 dərəcə cənubdan qərbə və Böyük Ağrı dağın zirvəsindən küncü 87 dərəcə cənubdan qərbə, Soltan topu dağı ətəyində sərhəd xətti ilə baş yoldan keçir ki, bu yol İrəvandan Makuya gedir və bu nöqtədən 8 verst məsafədə əkinə yararlı olmayan səhrədan keçib, mənbəyə və oradan sərhədi Aşağı Qarasu axını məcrası təyin edir.
Mənbədən bu çayın gözünə qədər (dəhnəsinə qədər – S.O.) onun mənbəyi olan Suralan (Buralan) daşlarından sonra şimal və şərq tərəfindən arazdan Şərur dağı müqabilində yerləşən Arazın o biri qapısı dəhnəsinə çatır. Sonra 24 verst məsafə keçir. Belə ki, Məzkur Qarasuyun sol tərəfdə qalmış bütün ərazi Rusiyaya, onun müqabil tərəfi İrana aid olur.
Aşağı Qarasu dəhnəsindən sonra 3,5 verst Abbas-Abad qalasına çatmamış sərhəd xətti Araz çayı məcrası ilə müəyyən edilir. Bu çayın məcrasında yerləşmiş adalar bir-birinə yaxın olduğu üçün çayın hər iki tərəfinin sərhəddi təyin edildikdən sonra İran və Rusiyaya aid olacaq. Çayın sol sahilinə yaxın bütün adalar Rusiyaya aiddir və onun bölgüsü aşağıdakı kimidir:
Aşağı Qarasu dəhnəsindən 4 verst aşğı Aqraz çayının sağ sahilində yerləşmiş Qaraqoyunlu kəndi müqabilində, onun solunda yerləşmiş Proşinli qışlağı müqabilindədir. Burada üç ada vardır ki, bunlardan biri İran müqabilində olanı İrana aid və rus kəndi müqabilində olan digər iki ada Rusiyaya aiddir. Araz çayının bu nödtəsindən 8,5 verst müxtəlif yollar keçib, Zəngənə kəndinə çatır ki,onun sağ kənarında yerləşir. Oradan isə Araz çayı 5 verst cərəyan etdikdən sonra çayın solunda yerləşmiş Muğanlı kəndinə çatır və bu nöqtədən 5,5 verst axdıqdan sonra Qulun gölü, Min və ağa gölü Avasti adalarından sola doğru meyl edir və ondan 1,5 verst sonra Əmir Avas və Neminobərdi Avas adaları sağda qalır. Bu iki ada elə bir baş yoldadır ki, Əmbas adlı keçid vasitəsilə Xoydan İrəvana gedir. Araz çayı buradan 3 verst axdıqdan sonra iki kiçik adadan keçir ki, Arazın sol sahilindədir. Həmçinin o çayın kənarında Xaraba Körfəz kəndi çayı yaxınlığında bir keçid var. 3,5 verst aşağıdakı, təqribən bir verst uzunluğu olan bir ada vardır və sağ kənara aiddir. 2,5 verst aşağıdakı Arpa çayının iki dəhnəsi yerləşir. Onun sağ tərəfində 0,5 verst fəsilədə Kiçik göl və Yusi kəndi yerləşir. Arpa çayı dəhnəsindən sonra Yusif kəndindən cari olan Qarasu kimi məşhur olmuş Kiçik çayın dəhnəsinə qədər axır. Araz çayı 5 verst davam edir. Onun sağ tərəfində Qara Həsənli kəndi yerləşir. 3 verst aşağıda Xacələr kəndi yaxınlığında keçid var. Onu müqabilində bir ada var. Bu kənd kimi İrana aiddir və Arazın 3 verst və üç rüb aşağısında Qarasu adlanan digər kiçik çayın, İran tərəfindən axan dəhnəsinə cərəyan edir və arazdan bir verst Rusun Dizə kəndinə yetişir ki, onun müqabilində bu çayın keçididir. Bunun müqabilində 10 ada vardır. Onlardan biri okəndə aiddir. Araz çayı 8,5 verst axdıqdan sonra Arazın sağ sahilindən axan Kiçik Makuçay dəhnəsinə çatır və ona yaxın az bir məsafədə Ərəblər kəndi dəhnəsi yerləşir. Araz çayı bu 8,5 verst məsafəni keçdikdən sonra bu məhəllə çatır. Dağlardan, daşlıqlardan keçdikdən sonra iki tərəfdən onun məcrasını darısqallaşdırır. Belə ki, Şahtaxtı daşlıqlar onun solunda qalır. Nəhayət, Araz çayı səhraya çatır, Şahtaxtı kəndinə çatır. Aaraz öz məcrası ilə axıb, Kiçik Sarı çayını sağ tərəfində qoyur ki, o adanın dəhnəsinə yaxındır və Rusiyaya aiddir. İki digər ada İran dövlətinə aid olur. Oradan Kiçik Qaragöl çayı dəhnəsinə çatır ki, onun sağ tərəfindən axır, araz oradan yenidən 3 verst dağlıq yerlərdən axıb, 4 adaya yaxınlaşır ki, onun üçün Rusiyaya, birisi İrana aiddir. Bu adalardan 1,5 verst aşağı Araz çayı adaları Sınıq Körpüyə çatır. Belə ki, Qarquluq kəndi yaxınlığındadır və onun sağ tərəfində yerləşir. Bu məkandan bir verst aşağıda üç ada vardır ki, hər üçü sağ kənara aiddir. Orada Araz öz məcrasını cənuba doğru dəyişir. 5,5 verst keçdikdən sonra bir verstdən artıq uzunluğunda olan ada yerləşir ki, İrana aiddir və bir verst aşağıda həmin məcra ilə digər bir adaya çatır ki, Rusiyaya aiddir. Oradan isə 1,5 verst daha cərəyan edir. Qiyqac dəhnəsinə çatır ki, orada onun sağ tərəfindən axır. Arazın suyu buradan yenə şimal ilə cənub arasından axıb, 3 verst aşağıda İrana aid adadan keçir və orada Qiyqac keçidinə yaxın aşağı axıb, buradan yenə cənub və Şərqə tərəf cərəyan edir. Kolalı adlanan kiçik çay dəhnəsinə çatır ki, onun 4,5 verstliyində yerləşir. Belə ki, onun sağ kənarında yerləşən iki adadan keçir. Bu nöqtədən Araz sərhədi geniş səhradan keçib, 1,5 verstliyində, sol sahilində yerləşmiş iki adaya çatır. Sonra məcrasını davam etdirən Araz çayı sağında yerləşən Kolalı kəndinə çatır. Oradan isə həmin adda olan kiçik çay axır. Araz çayı burada həmişə sərhəd xətti olub, şərq ilə cənub arasında axır, sonra sağında yerləşmiş Qara Dərə adlanan dərə yaxınlığından axır, sol sahilində yerləşən kiçik adadan keçir. Araz çayı 6,5 verst axınını davam etdirdikdən sonra Qızıl Qışlaq keçidinə çatır. Oradan Rusiya tərəfində yerləşmiş Qadiri Təpəsi ətəyindən keçib, xeyli dolandıqdan sonra cənuba doğru axır. Arazdan 3 verst aşağıda, soldan iki kiçik çayın suyu ona birləşir. Onlardan birinin adı Goradərə, digəri Naxçıvançaydır. Ondan 7,5 verstaşağıda Bolğan Luluy keçidinə çatır ki, onun yaxınlığında, sol kənarında bir ada vardır ki, Bolğan kəndinin 0,5 fərsəxliyində (bir fərsəx 6 kilometrə bərabərdir – S.O.) yerləşir ki, Rusiyaya aiddir. Onun 1,5 verstliyində iki ada var. Sol sahilə aid olan bu adalardan 4 verst aşağıdakı digər bir var ki, İrana aiddir. Bunlar Şah abbas dövründə Arazın üzərində olan və xaraba qalmış qədim körpüdən bir verst uzaqlıqda yerləşir. Bu nöqtədə Rusiya-İran sərhəd xətti olan Araz çayı öz məcrasına tabe olmaqdan çəkinir. Lakin Türkmənçay müqaviləsinin IV maddəsinə əsasən 3,5 verst yarıdioqnal sahənin Abbasabad binaları xarici çevrəsindən hər tərəfə çəkilməlidir. Sərhəd xətti yarımdiaqonaldır ki, həmin yarım diaqonalların qurtaracağından keçərək onları əhatə edir. Arazın sağ sahilində yerləşmiş II yarımdiaqonalın silindrvari əlamət qoyulub ki, iki zər (Zər - 104 santimetrə bərabərdir – S.O.) hündürlüyündə bina olub və ətrafına xəndək qazıblar. Bu əlamətlərdən birincisi Abbas-Abaddan çəkilib Sərar və Həqabə körpüsü yaxınlığındakı ada yaxınlığında yerləşir və İrana aiddir. 350 zər uzaqda olan İkinci əlamət yenə dərə kənarında yerləşib və Abbas-Abbaddan Makuya gedən yol bu iki əlamətin arasından keçir. Dördüncü əlamət qumluq bir ərazidə qoyulub. IV əlamətdən 574 zər fasilədə V əlamət yerləşir ki, təpə üzərində tikilib. Uzun bir dərənin kənarında yerləşir və bu əlamətdən 574 zər fasilədə var. VI əlamət bir təpədə yerləşib ki, Abbas-Abaddan Xoya gedən baş yoldadır.
Sərhəd xətti VII yarımdiaqonalın sonunda yerləşir. Keçmiş əlamətlərdən 788 zər fasilədə çəkilib və arxa təpələrin hündürlüklərindən keçir. VII əlamət keçmiş əlamətdən 1140 zər uzaqdadır. Təpə başında yerləşir və sərhəd boyu xətti keçir ki, onun hündürlüyü get-gedə artır. Ondan sonra dərin Kəlağ Oğlu dərəsindən 1514 zər΄ fasilədə var. Bundan sonra, yəni IX əlamətdən sonra sərhəd xətti şərqə doğru uzanır, yüksək hündürlüklərdən keçir ki, Kəlağ Oğlu silsilə dağların ətəyində yerləşir və 2 verst 800 zər məsafəni keçib X əlamətə çatır. Sonra 5 dərədən keçir ki, birincisinin adı Qəzalə Dərə və digər üçü Şahdərəsinə və axırıncısı Qırmızı Dərədir. Daş qala üzərində tikilmiş bu X əlamətdən sonrakı Qırmızı dərə kənarı müqabilində yerləşir. Sərhəd xəttinin son XI əlamətinə birləşmək üçün Hinqəba dərəsindən keçib araz çayı kənarı yaxınlığında keçmiş əlamətlərdən 500 zər fasilədə oraya birləşir. Bu XI əlamət Arazın sol sahilində, təpə üzərində qoyulub ki, ondan sonra I əlamətdən 7 verstdir. Sərhəd xətti XI yarımdiaqonalın Abbasabaddan 3,5 verst aşağıda yerləşmiş son sərhəd xəttidir.
İki dövlət arasında yenə Aarazın məcrası 21 verstə qədər Yeddi Bölükdən aşağıya qədər sərhəd xəttidir. Yəni XI Mərar əlaməti yerləşir. Burada Aaraz çayı şərqə doğru cərəyan edib, Qusayqən dərəsindən keçib, darısqal da keçidinə tökülür. Ona görə ki, çayın sol sahilində böyük Bəhram daşları və sol kənarında böyük qayalar var. 7 fərsəx məsafədəki darısqal yol çətinliklə bu dağlardan keçib, Bəhram dağından çətin keçiləsi qaydalardan axan Ağdərə çayına axır. Araz həmin məcrası isə Busi və onun qarşısında olan Aşağıdağ qayalarından keçir və oradan 7 verst Araz çayı cənub və şərqə cərəyan edir. Onu sağ sahilindəki Qarsiliqan və onun sol sahilində yerləşən digər Arşındağa çatır. Bu iki dərənin müqabilində iki ada vardır ki, Rusiya dövlətinə aiddir. Oradan 1,5 verst keçdikdə Araz çayı Halmir kəndinə yaxın çatır. Orada Dərəşamdan gələn yola az qalmış çatıb, kiçik Qlamir kənd çayı Arazın sağ sahilindən axır və Xoy şose yoluna enib, Qalmir kənd ətrafından keçib Araza daxil olur. Oradan isə Araz çayı şimal və şərqə doğru axır. Astan kilsəsindən axır. Sonra Kilsədərə, Morusgörən adlı iki kiçik çay sahilində Arazın məcrası şərqə dönür. Sol tərəfdə, 5 verst məsafədə Culfa və Ağlar Dərəsi ilə birləşib şimal və şərqə4,5 verst məsafədən axır. Orada qədim xaraba qalmış Culfa şəhərindən keçir və ona yaxın Həsənlu çayının sol sahilindən Araza daxil olur.

(Əsnadi öz rəvabete ba məntəqe-ye Qafqaz. Tehran, 1994, s. 355-370). (Fars dilindən tərcümə edəni prof. S.M.Onullahi)

(Ardı var)

Kərim Şükürov
Tarix üzrə elmlər doktoru, professor