Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
15 Aprel 2025 12:42
2 170
Ukrayna – Rusiya müharibəsində həlak olan bir qrup hərbçinin uşaqları istirahət və reabilitasiya məqsədilə Azərbaycana gəlib.
APA xəbər verir ki, bu barədə Ukraynanın ölkəmizdəki səfiri Yuri Husyev özünün “Facebook” səhifəsində yazıb.
O bildirib ki, qonaqları Ukrayna-Azərbaycan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, millət vəkili Əlibala Məhərrəmzadə və Səfirliyin əməkdaşları qarşılayıb.
Səfər çərçivəsində uşaqlar Quba şəhərində yerləşən sanatoriyada reabilitasiyadan keçəcək, Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar.
Eyni zamanda azyaşlı qonaqlar Bakıdakı Ukrayna Mədəniyyət Mərkəzini ziyarət edəcək və paytaxtda gəzintyə çıxacaqlar.
Diplomatik nümayəndəlikdən o da qeyd edilib ki, Bu, müharibə dövründə Ukraynadan Azərbaycana istirahət və reabilitasiya üçün gələn doqquzuncu qrupdur.
Səfir Y. Husyev səfərin təşkilində göstərilən dəstəyə görə Azərbaycanın rəhbərliyinə və xalqına, eləcə də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan bir qrup şəxsə təşəkkür edib.
Onun sözlərinə görə, bu dəstək təkcə xalqlarımızın dostluğunun əsl təzahürü deyil, həm də Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsinə mühüm töhfədir.
25 Sentyabr 18:21
1 204
25 Sentyabr 17:17
931
25 Sentyabr 17:16
896