19 Aprel 2025 19:21
2 772
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilib.
Bu barədə Xalqcebhesi.az-a FHN-dən bildirilib.
Hazırda bəzi ərazilərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.