Sən də əsgərə məktub yaz! Hadisə

Sən də əsgərə məktub yaz!

Silahlı Qüvvələr Günü ərəfəsində www.esgeremektub.com saytı hazırlanıb.
Bu sayt vasitəsilə hər kəs Azərbaycan Əsgərinə yaza biləcək, ona ürək sözlərini, mənəvi dəstəyini ifadə edəcək, Vətənin keşiyində dayanmış, Azərbaycan sərhədlərini göz-bəbəyi kimi qoruyan yenilməz Ordumuza öz minnətdarlığın çatdıracaq.
Xatırladaq ki, bundan əvvəl də ASAN Könüllülərinin təşəbbüs və təşkilatçılığı, ASAN Radionun informasiya dəstəyi ilə əsgərə məktub layihəsi uğurla həyata keçirilib.
Silahlı Qüvvələr Gününə ithafən "Salam, əsgər" adlı video çarx hazırlanıb. Video çarxda tanınmış hərbi diktor, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı Azərbaycan əsgərinə öz məktubunu oxuyub. "Mover.az" digər tanınmışları da bu aksiyaya qoşulmağa, Azərbaycan Əsgərinə səslənməyə çağırır.
Respublika Günü ərəfəsində hazırladığı çərçivə vasitəsilə yüzminlərlə "facebook" istifadəçisinin profilində Cümhuriyyətimizin 99 illiyinin anılmasına dəstək olmuş Mover.az şirkəti bu dəfə də Silahlı Qüvvələri Günü üçün yeni çərçivə hazırlayıb. Artıq facebook sosial şəbəkəsində yayılmış çərçivə ilə profil şəklini yeniləyən istifadəçilər bu aksiyaya qoşula bilirlər.
Qeyd edək ki, istifadəçilər www.esgeremektub.com saytından da profil şəkillərini yeniləyə bilərlər. Bu saytda Azərbaycan Əsgərinə məktub yazmaqla yanaşı, "Salam, əsgər" video çarxını izləmək, digər məktubları oxumaq da mümkündür.