Meksikada qatarla avtobusun toqquşması nəticəsində 9 nəfər ölüb, 40-dan çox yaralı var Dünya

Meksikada qatarla avtobusun toqquşması nəticəsində 9 nəfər ölüb, 40-dan çox yaralı var

Meksikanın paytaxtı Mexikoda qatarla ikimərtəbəli avtobusun toqquşması nəticəsində azı 9 nəfər həlak olub, 41 nəfər isə xəsarət alıb.

APA xəbər verir ki, bu barədə "La Jornada" nəşri məlumat yayıb.

Məlumata görə, avtobusda 50 sərnişin olub. Onlardan ən azı 10 nəfərin ağır xəsarət aldığı açıqlanıb.

Hadisə yerinə təcili yardım və xilasedici xidmətlər cəlb olunub. Yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisənin magistral yolda yerli vaxtla səhər saat 07:00 radələrində baş verdiyi vurğulanır.