Gəncədə qəza olub, 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb Hadisə

Gəncədə qəza olub, 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.

Qəza nəticəsində 1985 -ci il təvəllüdlü Jalə Nəbiyeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

1988-ci il təvəllüdlü Amil Rüstəmov, Xoşqədəm Rüstəmova və bir neçə azyaşlı uşaq da xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.