

20 May 15:58
Polşa Ukraynaya qoşun yeritmək fikrində deyil, bu, yekun qərardır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk TVP Info telekanalına deyib.
Onun sözlərinə görə, Varşava bu məsələdə Qərb tərəfdaşlarının təzyiqi altında deyil və ABŞ da Polşa tərəfinin mövqeyindən xəbərdardır.