Aİ XİN rəhbərləri Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək qərarına gəlib Dünya

Aİ XİN rəhbərləri Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək qərarına gəlib

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların ləğv edilməsi barədə qərar qəbul ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas açıqlama verib.

“Bu gün Suriyaya qarşı iqtisadi sanksiyalarımızı ləğv etmək qərarına gəldik. Biz Suriya xalqına yeni, əhatəli və dinc Suriyanın yenidən qurulmasına kömək etmək istəyirik”, - Kallas bildirib.

O əlavə edib ki, Aİ son 14 il ərzində hər zaman suriyalıların yanında olub və bu dəstəyini davam etdirəcək.