Məhkəmədən Saakaşvili ilə bağlı yeni qərar... Dünya

Məhkəmədən Saakaşvili ilə bağlı yeni qərar...

Tiflis Apellyasiya Məhkəməsi Gürcüstanın keçmiş prezidenti və Ukrayna vətəndaşı Mixail Saakaşviliyə qarşı sərhədi qanunsuz keçmə işi üzrə birinci instansiyanın hökmünü qüvvədə saxlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

"Məhkəmə Saakaşvilinin sərhədi qanunsuz keçmə işi üzrə təqsirli bilinməsi barədə qərar çıxarıb. O, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu, 8 il həbs və 3 il dövlət vəzifəsində işləməyə qadağa qoyulmasını nəzərdə tutan 12 mart cəzasına qismən əlavə edilir", - hakim Mixail Cinçoliya bildirilib.

Qeyd edək ki, martın 17-də Tiflis şəhər məhkəməsi Saakaşvilini 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Keçmiş prezidentin ümumi həbs müddəti 12 il yarım olacaq.

Cəza müddəti 2021-ci il oktyabrın 1-dən başlayır. Beləliklə, Gürcüstanın keçmiş prezidenti əfv olunmadığı və ya şərti azadlığa buraxılmadığı halda 2034-cü ildə azadlığa çıxacaq.