

30 May 10:16
Cəlilabadda qətl hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, həmin cinayət əməlini törətməkdə ittiham olunan 2006-cı il təvəllüdlü Orxan Əkbərov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Araşdırmalar aparılır.
***
23:11
Cəlilabadda qətl hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad sakini 1988-ci il təvəllüdlü Bəhruz Ədalət oğlu Hüseynov rayonun Kirovka deyilən ərazisində, evinin giriş qapısında bıcaqlanaraq qətlə yetirilib.
Yaralı dərhal xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.