İsmayıllıda yük maşını çobanı vurub, 20-dən çox qoyun tələf olub Hadisə

İsmayıllıda yük maşını çobanı vurub, 20-dən çox qoyun tələf olub

İsmayıllıda yük maşını çobanı vurub, 20 qoyun tələf olub.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb.

İlkin məlumata əsasən, “Kamaz” markalı yük avtomobili yol kənarındakı qoyun sürüsünə çırpılıb. Hadisə nəticəsində qoyun sürüsünə cobanlıq edən 1961-ci il təvəllüdlü Bəyalıyev Qocaman Elqirax oğluna xəsarət alıb, 20-dən çox qoyun tələf olub.

Çoban ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.