PKK/YPG-yə Kamışlı Hava Limanı ilə bağlı xəbərdarlıq Dünya

PKK/YPG-yə Kamışlı Hava Limanı ilə bağlı xəbərdarlıq

Suriya Mülki Aviasiya Ümumi İdarəsi terror təşkilatı PKK/YPG-nin Kamışlı Hava Limanının idarə olunması üçün yaratdığı saxta “Ümumi İdarə”yə etiraz edib. İdarə bildirib ki, hava limanının idarə olunması hüququ yalnız onlara məxsusdur.

Xalqcebhesi.az xəbər verir ki, açıqlamada, Kamışlı Hava Limanının hələ də bütün hava nəqliyyatına bağlı olduğu və onun istismarı ilə bağlı hər hansı qərarın yalnız idarə tərəfindən verilə biləcəyi vurğulanıb. İdarə qeyd edib ki, əlaqə və rəsmi təsdiq olmadan edilən hər hansı təşəbbüs beynəlxalq aviasiya hüququnun açıq pozulması sayılır.

Rusiya ordusu əvvəllər Kamışlı Hava Limanını hərbi məqsədlərlə istifadə edirdi, lakin geri çəkildikdən sonra PKK/YPG oranın nəzarətini ələ keçirib. Təşkilat dünən hava limanı üçün saxta “Ümumi İdarə” qurduğunu açıqlayıb.

Məryəm Quliyeva