
Zelenski: Ukrayna Avropa Birliyinin bir hissəsi olacaq
7 Avqust 19:52
7 Avqust 19:52
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov və Donetsk bölgələrində iki yaşayış məntəqəsinin nəzarətə alındığını elan edib.
Xalqcebhesi.az xəbər verir ki, Nazirliyin yaydığı məlumatda, Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı əməliyyatları ilə bağlı son vəziyyət paylaşılıb.
Bəyanatda qeyd olunub ki, Rusiya qüvvələri cəbhə xəttində irəliləyir: “Qərb Hərbi Qrupu birlikləri qətiyyətli hərəkətləri nəticəsində Xarkov vilayətində yerləşən Petrovskoye yaşayış məntəqəsini azad etdi. Şərq Hərbi Qrupu isə irəliləyərək Donetsk Xalq Respublikasında yerləşən Perebudova yaşayış məntəqəsinin azad olunması prosesini tamamladı.”
Bəyanatda həmçinin vurğulanıb ki, son 24 saat ərzində Ukraynaya məxsus 164 pilotsuz uçuş aparatı (PUA) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi dünən Donetsk bölgəsində yerləşən Zaporijya yaşayış məntəqəsini də ələ keçirdiklərini açıqlamışdı.
Məryəm Quliyeva