
Migren tutmalarının artmasına səbəb yuxusuzluqdur
22 İyun 18:53
22 İyun 18:53
22 İyun 15:58
22 İyun 15:47
ABŞ Çinə Hörmüz boğazı ilə bağlı çağırış edib.
APA-nın xəbərinə görə, dövlət katibi Marko Rubio "Fox News"-a açıqlamasında Pekini İranı Hörmüz boğazını bağlamamağa inandırmağa çağırıb.
Qeyd edək ki, bu gün İran İslam Şurası (İran parlamenti) Hörmüz boğazının bağlanmasını dəstəkləyib. Ancaq bu barədə yekun qərarı İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurası qəbul etməlidir.
Hazırda qlobal neft və qaz tədarükününü 20 faizindən çoxu bu boğaz üzərindən daşınır. Hörmüzdən hər gün 17-20 milyon barel neft yüklü tankerlər keçir. Boğaz vasitəsilə Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər, İraq kimi ölkələrin nefti dünyaya ixrac olunur. Köfrəzdən daşınan neftin böyük hissəsi Səudiyyə Ərəbistanına məxsusdur.