Rubio İrana xəbərdarlıq etdi: ABŞ-ın "görünməmiş silahı" var Dünya

Rubio İrana xəbərdarlıq etdi: ABŞ-ın "görünməmiş silahı" var

Dövlət katibi Rubio İrana xəbərdarlıq etdi ki, ABŞ-ın görünməmiş silahı var.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubio Fox News-də bildirib ki, ABŞ İranda hava məkanına sərbəst daxil ola bilər

“Biz İranda hava məkanına istədiyimiz zaman daxil olub çıxa bilərik. Keçən gecə təyyarələr dünyanın digər ucundan qalxdı, zərbə endirdi və İranlılar nə baş verdiyini anlamazdan əvvəl zonanı tərk etdilər,” - diplomat bu sözləri İslam Respublikasının ABŞ-a mümkün güc cavabını şərh edərkən deyib.

Bundan əlavə, Rubio qeyd edib ki, ABŞ-ın “əvvəllər görünməmiş silahları” var.

İyun ayının 22-də gecə ABŞ İranın nüvə infrastrukturlarına - Natanz, İsfahan və Fordoya zərbələr endirib. ABŞ prezidenti Donald Tramp bildirib ki, İran danışıqlara getməsə, ölkədə hələ “çoxlu hədəflər” qalıb.

İranda isə bildirirlər ki, ABŞ zərbələri nüvə obyektlərinə ciddi zərər vurmayıb, bütün vacib materiallar və avadanlıqlar əvvəlcədən çıxarılıb.

Məryəm Quliyeva