16 dini icmaya qeydiyyat şəhadətnamələri təqdim edilib Hadisə

16 dini icmaya qeydiyyat şəhadətnamələri təqdim edilib

Yeni qeydiyyatdan keçmiş 16 dini icmaya şəhadətnamələr təqdim edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu məqsədlə DQİDK-da keçirilən tədbirdə Komitə sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycanın dini durumun və multikulturalizm səviyyəsi, eləcə də xalqın milli-mənəvi dəyərlərinə yüksək münasibət baxımından regionun lider dövləti olduğunu deyərək dini icmaların cəmiyyətin mənəvi-ruhi tarazlığının saxlanılmasında böyük rola malik olduğunu qeyd edib.
O, bu sahədə din xadimlərinin üzərinə düşən vəzifələrdən danışıb, eyni zamanda dini icma sədrlərinə fəaliyyətlərində milli-mənəvi, ənənəvi İslam dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini təkmilləşdirməyi tövsiyə edib.
İcma sədrləri isə rəhbərlik etdikləri icmalarda dini sabitliyin qorunub saxlanılması, milli-mənəvi dəyərlərin təbliği istiqamətində iş aparacaqlarını deyiblər.