130 ölkənin gəncləri Qəbələdə Hadisə

130 ölkənin gəncləri Qəbələdə

320 gəncin iştirakı ilə 13-cü Dünya Skaut Gənclər Forumu keçirilir

Azərbaycanın Qəbələ rayonunda 130-dan cox ölkədən 320 gəncin iştirakı ilə 13-cü Dünya Skaut Gənclər Forumu (ÜSGF) keçirilir. İştirakçıların sayına və təmsil olunan ölkələrin müxtəlifliyinə görə skaut hərəkatı tarixinin ən böyük forumdur. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) və Azərbaycan Skautlar Assosiasiyası tərəfindən təşkil olunan Dünya Skaut Gənclər Forumu (ÜSGF) 18-26 yaş arası olan skautlar arasında ünsiyyət və gənc liderlərin ideyalarının mübadiləsi platformasıdır.
İştirakçılar Forumun gedişi çərçivəsində fəal vətəndaş mövqeyi və liderliyə həsr olunan sessiyalarda çalışır və təqdimatlarda iştirak edirlər. Bütün iştirakçıların sosial fəaliyyətini və cəmiyyətin inkişafında onların uğurlarını göstərən və fərdi layihələrin təqdim olunduğu maraqlı 360 Market Place gözləyir. Tədbirin son günündə iştirakçılar öz aralarında forumun əsas mövzusuna, gənclərin dünyada baş verən proseslərə təsirinə dair müxtəlif mövzular üzrə müzakirələr aparacaqlar.
Forum çərçivəsində "Mədəniyyətə axşamı" təşkil olunacaq. Axşamda hər bir iştirakçı öz ölkəsinin tarixi və ənənələrini milli geyim, mətbəx, musiqi və rəqslərini nümayiş etdirəcək.
Ev sahibi qismində çıxış edən Azərbaycanın milli mədəniyyətinin zəngin və ecazkar geyimlərini əks etdirən xüsusi proqram təqdim ediləcək. Forumda 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinin (İdarə Heyəti) gənc məsləhətçiləri seçiləcək. Gənc məsləhətçilərin əsas məqsədi Dünya Skaut Hərəkatı Təşkilatında qərarların verilməsi prosesində gənclərin rolunun artırılmasına imkan yaratmaqdır.
Forumun sədri və hazırki gənc məsləhətçi Jeremi Apert qeyd edib ki, Dünya Skaut Gənclər Forumu lider olmaq və Hərəkatın gələcəyi üçün töhfə vermək istəyən gənc nəsil üçün unikal imkandır.
13-cü Ümumdünya Skaut Gənclər Forumundan sonra gənc liderlər qəbul etdikləri sənədləri səsləndiriləcəyi 41-ci Dünya Skaut Konfransında iştirak edəcəklər.
Qəbul olunmuş qərarlar Konfransın yekun qərarlarına da daxil ediləcək. Konfrans 14-18 avqustda Bakı Konqres Mərkəzində baş tutacaq.
Dünya Skautlar Hərəkatı Təşkilatı – Dünyanın ən qabaqcıl gənclər hərəkatı olaraq 1907-ci ildə Lord Baden-Paul tərəfindən yaradılıb. Bu təşkilata üzv olan milyonlarla gənc, aktiv vətəndaş kimi cəmiyyətdə müsbət dəyişikliklərin edilməsində rol oynayırlar. Dünya Skautlar Hərəkatı Təşkilatı özündə 165 Milli Skaut Təşkilatını və 40 milyon üzvü birləşdirir. Rəsmi internet resursu: www.scout.org Azərbaycan Skautlar Assosasiyası –ASA- Azərbaycan Respublikasının Gənclər Milli Assambleyasının üzvü olaraq 20 avqust 2000-ci ildən Dünya Skautlar Hərəkatının üzvüdür. ASA 11 oktyabr 1997-ci ilində yaradılıb. Azərbaycanın 16 regionunu əhatə edir və 1750 üzvü var. Rəsmi sosial şəbəkə ünvanı: Azərbaycan Skautlar Assosiasiyası Məlumat üçün: [email protected] Dünya Skaut Gənclər Forumu – Bu platforma 18-26 yaşlı gənc liderlər arasında ideya və ünsiyyət mübadiləsini həyata keçirir. Dünya Skaut Konfransı – Skautlar Hərəkatının idarəedici və "dəqiq seçilmiş Assambleya" orqanıdır. Bu təşkilatda Dünya Skaut Təşkilatının üzv ölkələrin nümayəndələri təmsil olunur.