13:58
560
Barselonada küçə iğtişaşları zamanı yandırılan şəhər mülkiyyətinin dəyəri 36 min avro qiymətləndirilir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İspaniya şəhərinin meri Jaume Kolboni bildirib.
"İlk rəqəm var - 36 min avro dəyərində yandırılmış şəhər mebeli", - deyə "Cadena SER" radiostansiyası Kolbonidən sitat gətirir.
Şəhər meri şənbə günü baş verən aksiyanı pisləyərək onu son dərəcə şübhəli adlandırıb. O dəqiqləşdirib ki, iğtişaşlar zamanı 128 nəfər saxlanılıb, onların 56%-i azyaşlılardır.
Şənbə axşamı sosial şəbəkələr vasitəsilə təşkil olunan aksiyaya Barselonanın mərkəzində bir neçə yüz gənc toplaşıb. Mitinq qırğınlara, barrikadaların qurulmasına, yandırma hallarına və polislə toqquşmalara çevrilib. İğtişaşlar nəticəsində 15 asayiş keşikçisi xəsarət alıb.
Bazar günü İspaniya polisi Barselonanın mərkəzində kütləvi gənclər etirazları zamanı 100-dən çox nəfəri saxlayıb. Həmin vaxt Kataloniya paytaxtında etiraz aksiyası polislə toqquşmalara və poqromlara çevrilmişdi.
Məryəm Quliyeva