Məkkə paktının İranla danışıqları İslamabadın təşəbbüsü ilə baş tutacaq Dünya

Məkkə paktının İranla danışıqları İslamabadın təşəbbüsü ilə baş tutacaq

Məkkə sazişinin iştirakçısı olan ölkələrin (Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan) nümayəndələrinin İran rəhbərliyi ilə danışıqlarının təşəbbüskarı kimi İslamabad çıxış edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, üç dövlətin nümayəndələrinin Tehrana səfəri ilə bağlı razılıq oktyabrın 20-də Pakistan Müdafiə Qüvvələrinin komandanı Asim Munir ilə İran Prezidenti Məsud Pezeşkiyan arasında keçirilən danışıqlar çərçivəsində əldə olunub.

Məryəm Quliyeva