08:45
518.jpg)
Qara dəniz bütün dünyada ən ölümcül dəniz marşrutu kimi qəbul edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu statistikaya "Financial Times" (FT) qəzeti diqqət çəkib.
Nəşrin məlumatına görə, ilin əvvəlindən bəri Qara dənizdə 570-dən çox gəmi hücuma məruz qalıb. Zərbələrin qurbanı ən azı 40 ticarət donanması dənizçisi olub - bu göstərici 24 nəfərin həlak olduğu təsdiqlənən Hörmüz boğazındakından daha çoxdur.
Zərbələr Rumıniya və Bolqarıstan sahilləri yaxınlığındakı gəmilərə də təsir edib. Hərbi risklərin sığortalanmasının gəmilərin öz dəyərinin 15 faizinə çatması səbəbindən mülkiyyətçilər təhlükəli zonalara daha köhnə gəmiləri göndərməyə başlayıblar.
Məryəm Quliyeva