İran Yaxın Şərqdəki vəziyyətlə bağlı Aİ-dən danışıqlar təklifi almayıb Dünya

İran Yaxın Şərqdəki vəziyyətlə bağlı Aİ-dən danışıqlar təklifi almayıb

Tehran Avropadan Yaxın Şərqdəki münaqişənin nizamlanması üzrə danışıqların vacibliyi barədə bəyanatdan başqa heç bir konkret təklif almayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi avropalıların danışıqlar haqqında təklifi ilə bağlı yayılan məlumatları şərh edərkən bildirib.

"Danışıqların vacibliyinin vurğulandığı bəyanatdan başqa, biz Avropa tərəfindən heç bir konkret təklif görmədik", - deyə Bəqayi mətbuat konfransında bildirib.

Məryəm Quliyeva